Vətən müharibəsinin şəhidi sabah II Fəxri xiyabanda dəfn olunacaq

Şəhid Təbriz İbrahimov

© APA | Şəhid Təbriz İbrahimov

# 19 may 2021 14:53 (UTC +04:00)

Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimov sabah dəfn olunacaq.

APA-nın xəbərinə görə, şəhid hərbçi II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Şəhidin qardaşı Çingiz İbrahimov APA-nın Mil-Muğan bürosuna bildirib ki, bu gün axşam saatlarında Təbriz İbrahimovun nəşinin anadan olduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilməsi gözlənilir. Şəhidlə doğulduğu kənddə vida mərasimi keçiriləcək.

Sabah səhər isə şəhidin nəşi dəfn olunmaq üçün Salyandan Bakıya yola salınacaq.

Qeyd edək ki, İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Respublika Hərbi Prokurorluğunun bu gün yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR