Zakir Həsənov: "Sərhəddəki gərginliyin artmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"

Müdafiə naziri Zakir Həsənov

© APA | Müdafiə naziri Zakir Həsənov

# 19 iyul 2021 10:30 (UTC +04:00)

Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür.

APA xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə deyib.

Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z. Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR