ANAMA: Sentyabrın 27-dən bugünədək tərkibində partlayıcı maddə olan 707 ədəd sursat aşkar olunub

ANAMA: Sentyabrın 27-dən bugünədək tərkibində partlayıcı maddə olan 707 ədəd sursat aşkar olunub
# 10 oktyabr 2020 11:46 (UTC +04:00)

“Bəzən qruplarımız humanitar fəaliyyətin tərkib hissəsi olsalar da, atəş altında fəaliyyət göstərirlər”.

APA-nın məlumatına görə, bunu brifinqdə ANAMA-nın əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib. O bildirib ki, təcili və təxirəsalınmaz axtarış və zərərsizləşdirilmə əməliyyatları Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab və Yevlax rayonları, eləcə də Mingəçevir şəhərlərində icra olunmaqdadır: “Düşmən müxtəlif növ sursatlardan istifadə edir. Burdakı məlumatlar yalnız mülki ərazilərə aiddir. Beləliklə, Agentlik tərəfindən həftənin 7 günü günün 24 saatı fəaliyyət icra olunur. Aparılan humanitar fəaliyyətlər nəticəsində 1 ədəd aviabomba OFAB-100, Smerç qurğusundan atılan 23 ədəd 300 mm- lik 9M 528 raketi, 1 ədəd 9M528 raketinin mühərrik  və  döyüş başlığı hissələri, 1 ədəd 300 mm-lik 9M 55 K kaset döyüş başlığından ibarət raketin döyüş başlığı, 35 ədəd top mərmisi, 12 ədəd tank əleyhinə reaktiv raketlər, 1 ədəd raketin təzyiq akkumlyatoru, 1 ədəd tank əleyhinə idarəolunan raket tapılıb. Bugünədək tərkibində partlayıcı maddə olan 707 ədəd sursat aşkar olunub. Bu rəqəm qısa müddətdən bir dəyişir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR