Ermənistan mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb

Ermənistan mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
# 25 oktyabr 2020 13:52 (UTC +04:00)

"Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb".

APA-nın xəbərinə görə, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq  aşkar  edib.

"Bu fakt bir daha sübut edir ki, erməni hərbi qrupları davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər", - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR