MN Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistanın məlumatını təkzib edib

MN Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistanın məlumatını təkzib edib
# 16 iyul 2020 10:44 (UTC +04:00)

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

APA-nın xəbərinə görə, o bunun yanlış məlumat olduğunu deyib: “Bu, yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR