Samuxda ikimərtəbəli tikilidə yanğın olub, 2 nəfər xəsarət alıb

#
# 12:26
19 aprel 2021

Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli köməkçi tikilinin içərisində həcmi 25 litr olan məişət qaz balonundan sızan qaz və məişət əşyaları 3 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən veridyi xəbərə görə, yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR