Son həftədə işğaldan azad edilmiş ərazilərdə 79 PHS tapılıb

#
# 14:26
26 aprel 2021

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya verilən xəbərə görə, aprelin 19-dan 24-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 82 piyada əleyhinə mina, 18 tank əleyhinə mina və 79 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 90.8 hektar ərazi mina və PHS-lardan təmizlənib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR