DSX: Azad edilmiş ərazilərdə daha 6 yeni hərbi hissə yaradılacaq

Maya Şərifova

© APA | Maya Şərifova

# 11 may 2021 12:13 (UTC +04:00)

İran İslam Respublikası ilə sərhəddə yerləşən zastavaların fəaliyyəti bərpa edilib, Ermənistanla dövlət sərhədində - Laçın rayonun bir hissəsinə, Zəngilan və Qubadlı rayonlarının mühafizəsinə başlanılıb.

APA-nın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi Maya Şərifova deyib.

O bildirib ki, son iki ay ərzində artıq 10 hərbi hissə fəaliyyətə başlayıb və may ayının sonunadək daha 6 yeni hərbi hissə yaradılacaq.

M. Şərifovanın sözlərinə görə, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” hərbi əməliyyatında DSX-nın şəxsi heyəti çox yaxından iştirak edib: “Qəhrəman döyüşçülərimiz Xudafərin körpüsündə, Zəngilan şəhərində, rayonun Ağbənd qəsəbəsində, Şükrataz və Bartaz yüksəkliklərində dövlət bayrağımızı ucaldıblar. Bu döyüşlərdə iştirak etmiş sərhədçilərimizdən şəhid olan və yaralananlar da var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR