Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq

Milli Məclis

© APA | Milli Məclis

# 06 may 2021 14:17 (UTC +04:00)

Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq.

APA-nın məlumatına görə, bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik təklif edilir.

Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli qəhrəmanlarının və Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR