"Leyli və Məcnun" operası nümayiş olunub

"Leyli və Məcnun" operası nümayiş olunub
# 13 yanvar 2020 14:27 (UTC +04:00)

Yanvarın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçirilib.

Teatrdan APA-ya verilən məlumata görə, anşlaqla baş tutan opera tamaşası "Leyli və Məcnun"un ilk tamaşasının 112-ci ildönümünə həsr olunub.

Tamaşada gənc və istedadlı muğam ustası Rəvanə Əmiraslanlı Leyli, Əməkdar artistlər Elnur Zeynalov Məcnun, Təyyar Bayramov İbn-Salam, Cahangir Qurbanov Nofəl, solistlər Aytən Məhərrəmova Leylinin anası, Taleh Yahyayev Leylinin atası, Afaq Ağayeva Məcnunun anası, Mütəllim Dəmirov Məcnunun atası rollarında yüksək professional çıxışları və parlaq ifaları ilə yadda qalıblar.

Tamaşanı ilk dəfə dirijor İlahə Hüseynova idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR