Əməkdar artist Məcnun Hacıbəyov koronavirusdan vəfat edib - YENİLƏNİB - VİDEO

Məcnun Hacıbəyov

© APA | Məcnun Hacıbəyov

# 16 noyabr 2021 12:30 (UTC +04:00)

Əməkdar artist Məcnun Hacıbəyovun ölüm səbəbi açıqlanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, aktyor koronovirusdan dünyasını dəyişib. O, uzun müddət Quba Mərkəzi Rayon Xəstəxanasında COVID-19-dan müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, əməkdar artist Məcnun Hacıbəyov bu gün saat 14:00-da Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında dəfn olunacaq.

86 yaşlı aktyor bu gün səhər saatlarında vəfat edib.

***

11:45

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

APA-nın məlumatına görə, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR