Rusiyanın Xalq artisti Nina Urqant vəfat edib

Nina Urqant

© APA | Nina Urqant

# 03 dekabr 2021 17:50 (UTC +04:00)

Rusiyanın Xalq artisti Nina Urqant 93 yaşında vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə aktrisanın çalışdığı Aleksandrinski Teatrı məlumat yayıb.

O, Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

Nina Urqant 1929-cu ildə anadan olub. O, uzun müddət teatr və kinoda fəaliyyət göstərib. “Pələng təlimçisi”, “On ikinci gecə”, “Oğullar döyüşə gedir” kimi onlarla filmdə çəkilib.

Qeyd edək ki, o, aktyor Andrey Urqantın anası, şoumen, aparıcı İvan Urqantın nənəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR