Nazirlər Kabineti “At sərgilərinin təşkili və keçirilməsi Qaydaları”na dəyişiklik edib.
APA-nın məlumatına görə, qərara əsasən, Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.
Qeyd edək ki, Qaydaya əsasən, at sərgiləri ildə bir dəfə cıdır meydanlarında keçirilir. Mülkiyyət formasından asılı olmayaraq, atçılıqla məşğul olan bütün hüquqi və fiziki şəxslər sərgidə iştirak edə bilərlər. Sərgidə nümayiş etdirmək üçün atın müvafiq sənədləri (şəhadətnamə, baytarlıq sənədi, şəkli və s.) əvvəlcədən təqdim olunmalıdır. Sərgi Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən təşkil olunur.
Beləliklə, Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.
Şuşada at sərgiləri keçiriləcək - QƏRAR - VİDEO
07 dekabr 2021 20:09 (UTC +04:00)
İncəsənət
Heydər Əliyev Mərkəzində Qırğızıstanın “Qədim incəsənətin şah əsərləri” sərgisi açılıb
09:11
25 aprel 2024
"Gəncə və Gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub
00:37
25 aprel 2024
Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq
22:55
23 aprel 2024
Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlanıb
15:26
23 aprel 2024