Türkiyənin məşhur aktrisası vəfat edib

Semra Dinçer

© APA | Semra Dinçer

# 01 noyabr 2021 16:30 (UTC +04:00)

Kino və serial aktrisası, ssenarist Semra Dinçer vəfat edib.

APA-nın “CNN Türk”-ə istinadən verdiyi xəbərə görə, iki ildir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa bu gün günorta saatlarında vəfat edib.

Semra Dinçer 25 iyul 1965-ci ildə Ankarada anadan olub. O, 42 film və serialda rol alıb, bunlardan 7-nin ssenarisini yazıb. Sonuncu dəfə “İstanbullu Gəlin” serialında Reyhan Sezgin rolunu canlandırıb.

Aktrisa əsasən "Quzey Güney" serialındakı rolu ilə məşhurlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR