Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi açılacaq

Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi açılacaq
# 08 yanvar 2015 16:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yanvarın 16-da Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi açılacaq.

Muzeydən APA-ya verilən məlumata görə, sərgi fevralın 10-dək davam edəcək.

Rəssam M. Əmirov tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, rəsm əsərlərini dolduran, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.

Qeyd edək ki, müstəqil rəssam kimi fəaliyyət göstərən M. Əmirovun əsərləri ABŞ, Fransa, Almaniya və Litvada nümayiş etdirilir, dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR