“Azərbaycan xalça sənətinin Kamili” kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycan xalça sənətinin Kamili” kitabının təqdimat mərasimi keçirilib
# 02 mart 2007 16:29 (UTC +04:00)
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Esmira Fuadın görkəmli xalça ustası, xalq rəssamı Kamil Əliyevin həyat və yaradıcılığına həsr etdiyi “Azərbaycan xalça sənətinin Kamili” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin rəisi Fikrət Babayev, AMEA-nın Memarlıq və İncəsənət İnstitututun direktoru Rasim Əfəndiyev, sənətşünaslıq doktoru, AMEA-nın baş elmi işçisi Kubra Əliyeva çıxış ediblər. Kitabda Kamil Əliyev yaradıcılığının bütünlüklə əhatə edildiyini deyən Milli Kitabxananın direktoru KərimTahirov əsərin nəşrini incəsənətimizdə vacib hadisə kimi qiymətləndirib. K. Tahirov Kamil Əliyevin Azərbaycan tətbiqi- dekorativ incəsənətində özünəməxsus yer tutduğunu deyib, Azərbaycan xalçaçılıq sənətinin inkişafına göstərdiyi xidmətlərdən söz açıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR