Baloğlan Əşrəfov üzərində cərrahiyyə əməliyyatı uğurla başa çatıb

Baloğlan Əşrəfov üzərində cərrahiyyə əməliyyatı uğurla başa çatıb
# 31 mart 2007 07:53 (UTC +04:00)
Bu barədə APA-ya Baloğlan Əşrəfovun Türkiyədə olan bibisi oğlu İqbal Quliyev məlumat verib. Onun sözlərinə görə, Koray Acarlının apardığı cərrahiyyə əməliyyatı müsbət nəticələnib. Hazırda B. Əşrəfov xəstəxananın reanimasiya şöbəsindədir və bir neçə gün orada qalacaq: “Baloğlan Əşrəfova donorluq edən 30 yaşlı qohumumuzun da vəziyyəti yaxşıdır. Şükürlər olsun ki, bu cür çətin əməliyyat çox yaxşı nəticələndi. Bir neçə gündən sonra Baloğlan Əşrəfov palataya köçürüləcək. Ondan sonra isə həkimlər onun nə zaman vətənə qayıda biləcəyi barədə məlumat verəcəklər”. Qeyd edək ki, martın 8-də qaraciyər serrozu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına gətirilib. Daha sonra koma vəziyyətində olan xəstə Türkiyənin İstanbul “Memorial” Xəstəxanasına aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR