Aprelin 15-19-da Moskvada “Azərbaycan Mədəniyyət Günləri” keçiriləcək

Aprelin 15-19-da Moskvada “Azərbaycan Mədəniyyət Günləri” keçiriləcək
# 03 aprel 2007 08:44 (UTC +04:00)
Aprelin 15-19-da Moskvada “Azərbaycan Mədəniyyət Günləri” keçiriləcək. Mədəniyyət günlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvada səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, mədəniyyət günlərinin təntənəli açılış məarsimi aprelin 16-da incəsənət ustalarının iştirakı ilə Yeni Opera və Balet Teatrında keçiriləcək. Daha sonra Moskva Müasir İncəsənət Mərkəzində Azərbaycana həsr olunmuş foto-sərgi nümayiş olunacaq. Mədəniyyət günləri çərçivəsində “Azərbaycan cazı: Nəsillərin dialoqu” adlı caz konserti, Dövlət Pontomim Teatrının “Kosa və Moritto” tamaşasının nümayişi də təşkil olunacaq. Tədbirin bağlanış mərasimi aprelin 19-da keçiriləcək.
Məlumatda o da bildirilir ki, buna qədər Ə. Qarayev aprelin 11-14-də Norvecin Stavanger şəhərində keçiriləcək “Karvansaray-Azərbaycanın keçmişi və bu günü” adlı sərgidə iştirak edəcək. Norveçə səfəri çərçivəsində nazirin iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinə dair görüşləri nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR