“Azəri star-2007” müsabiqəsinin qalibi mənzillə mükafatlandırılacaq

“Azəri star-2007” müsabiqəsinin qalibi mənzillə mükafatlandırılacaq
# 03 aprel 2007 08:55 (UTC +04:00)
“Azəri star-2007” müsabiqəsinin münsiflər heyətində xalq artisti İlhamə Quliyeva, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov, professor İlham Rəhimli, şair Vahid Əziz və xalq artisti, rejissor Mərahim Fərzəlibəyov təmsil olunacaq. Layihənin rəhbəri Kamal Cenk İçten APA-ya bildirib ki, müsabiqənin qalibinə “GEN MMC” tikinti şirkəti tərəfindən mənzil hədiyyə veriləcək. “Azəri star-2007” adı uğrunda 20 iştirakçı mübarizə aparacaq. Aprelin 16-dan etibarən “Azəri star-2007” müsabiqəsi Rəşid Behbudov adına Mahnı Teatrından canlı yayımlanacaq. Tamaşaçılar müsabiqəni hər həftənin bazar ertəsi və çərşənbə axşamı saat 21:45-də izləyə biləcəklər. Artıq gərgin məşqlərin başladığını deyən K. C. İçtenin sözlərinə görə, iştirakçılar Tədris Teatrında məşq edirlər. Hər həftənin bazar ertəsi finalçılar mahnı ifa edəcək, çərşənbə axşamı isə səs vermənin nəticələri açıqlanacaq. Müsabiqənin 12 həftə davam edəcəyi nəzərdə tutulur. Müsabiqənin aparıcılarına gəlincə, Kemal Cenk İçten onların adını hələlik açıqlamayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR