Mayın sonunda Belarus və Moldovada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Mayın sonunda Belarus və Moldovada Azərbaycan mədəniyyəti günləri keçiriləcək
# 05 aprel 2007 14:43 (UTC +04:00)
Mayın sonlarında Belarus və Moldovada Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda mədəniyyət günlərinin proqramı hazırlanır və tədbirin keçirilmə vaxtı təyin olunur. Mədəniyyət günlərində Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı və rəssamların əsərlərindən ibarət sərgilərin keçirilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR