Mirvarid Dilbazi, Xalidə Rəsulova, İsmayıl Şıxlı, Fuad Əbdürrəhmanov və Səttar Bəhlulzadənin xatirəsi əbədiləşdiriləcək

Mirvarid Dilbazi, Xalidə Rəsulova, İsmayıl Şıxlı, Fuad Əbdürrəhmanov və Səttar Bəhlulzadənin xatirəsi əbədiləşdiriləcək
# 10 aprel 2007 14:48 (UTC +04:00)
Bakıda “Dədə Qorqud” tarixi abidəsi və Mirvarid Dilbazi, Xalidə Rəsulova, İsmayıl Şıxlı, Fuad Əbdürrəhmanovun, Səttar Bəhlulzadənin xatirəsi əbədiləşdiriləcək. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, abidələrin hazırlanmasına yaxın zamanlarda başlanacaq. Nazir bildirib ki, bu günə kimi sadalanan abidələrin hazırlanmaması pis haldır: “Əfsuslar olsun ki, bu günə kimi də ölkə başçısının sərəncamına baxmayaraq bu işlər görülməyib. Hazırda isə biz bu məsələlərin həlli ilə məşğuluq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR