Misir Mədəniyyət Mərkəzində “Qurani-Kərimdə elmi möcüzələr” adlı tədbir keçiriləcək

Misir Mədəniyyət Mərkəzində “Qurani-Kərimdə elmi möcüzələr” adlı tədbir keçiriləcək
# 23 aprel 2007 09:40 (UTC +04:00)
Aprelin 30-da Misir Mədəniyyət Mərkəzində “Qurani-Kərimdə elmi möcüzələr” adlı tədbir keçiriləcək. Mədəniyyət Mərkəzindən APA-ya daxil olan məlumata görə, tədbirdə mövzu ətrafında müzakirələr aparılacaq. Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Yusif əl-Şərkavi, mədəniyyət üzrə müşavir Bağdadi İmam və akademik Vasim Məmmədəliyev iştirak edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR