Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycan Dövlət İncəsənət Muzeyində beynəlxalq konfrans keçiriləcək

Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycan Dövlət İncəsənət Muzeyində beynəlxalq konfrans keçiriləcək
# 02 may 2007 10:26 (UTC +04:00)
18 may- Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycan Dövlət İncəsənət Muzeyində beynəlxalq konfrans keçiriləcək. Muzeyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbir iki gün davam edəcək. Mayın 18-də muzeyin sərgi salonunda aparıcı muzeylərdə saxlanılan əsərlərin nümayişi təşkil olunacaq. Mayın 19-da isə xarici ölkələrin muzey rəhbərliklərinin iştirakı ilə konfrans keçiriləcək. Həmin konfransda bir sıra mövzularar toxunulacaq və dünyanın aparıcı muzeyləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR