5 nəfər şəxsə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti adı verilib

5 nəfər şəxsə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti adı verilib
# 18 iyun 2007 10:22 (UTC +04:00)
Naxçıvan 5 nəfər mədəniyyət işçisinə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti adı verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən Naxçıvan MR-də mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə Əbülfəz Məhəmməd oğlu Babayev, Cabir Qadir oğlu Hacıyev, Vilayət Hidayət oğlu İsmayılov, Tural Nüsrət oğlu Nəcəfov və Ramiz Hüseyn oğlu Nəsirov əməkdar artist fəxri adına layiq görülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR