Əbülfəs Qarayev: “Bəstəkarlar İttifaqının sədri postuna seçkilər ədalətli və şəffaf keçirilib”

Əbülfəs Qarayev: “Bəstəkarlar İttifaqının sədri postuna seçkilər ədalətli və şəffaf keçirilib”
# 21 iyun 2007 10:55 (UTC +04:00)
“Bəstəkarlar İttifaqının qurultayının 17 il keçirilməməsi normal hadisə deyildi. Ona görə də bu qurultay əvvəlki qurultaya nisbətən daha gərgin keçdi, tənqidi çıxışlar edildi. Buna baxmayaraq, qurultayın və seçkilərin çox ciddi, demokratik və şəffaf keçirildiyini deyə bilərəm”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. O, Bəstəkarlar İttifaqının yeni sədri Firəngiz Əlizadəyə böyük uğurlar arzulayıb: “Növbəti illərdə Bəstəkarlar İttifaqını çox səmərəli iş gözləyir. Firəngiz xanım Azərbaycan musiqisinin çox gözəl mütəxəssisidir. O, Azərbaycanı dünyada tanıtdıran nadir bəstəkarlardandır. Digər bəstəkarların əsərlərinin də Firəngiz xanımın əsərləri kimi xaricdə səsləndirilməsini istəyirəm. Biz fəxr etməliyik ki, o, xaricdə Azərbaycanı təmsil edir və tanıtdırır”. Bəstəkarlar İttifaqının İdarə Heyətinin 21 nəfərlik yeni tərkibindən də razı qalan Ə.Qarayev deyib ki, nizamnaməyə uyğun olaraq, bundan sonra seçkilər 5 ildən bir keçirilməlidir. O, yeni işgüzar tərkibin nizamnaməyə riayət edəcəyinə inandığını da bildirib. Nazir İdarə Heyətinə seçkilər zamanı 50 bəstəkarın namizədliyinin irəli sürməsinə də münasibətini açıqlayıb: “Azərbaycanda ümumilikdə heç 200 bəstəkar yoxdur. Bəstəkarlar İttifaqının üzvlərinin sayı çəmi 196 nəfərdir. Bu 196 nəfər İdarə Heyətinə 50 nəfər namizəd seçib. Seçki də onların özlərinin arasında aparılıb. Məncə, normal proseduradır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR