Sənətçi Barış Akarsu dünyasını dəyişib

Sənətçi Barış Akarsu dünyasını dəyişib
# 05 iyul 2007 08:19 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, Bodrum özəl xəstəxanasının həkimi Abdullah Sərvət bütün cəhdlərə rəğmən beş gün koma vəziyyətində qalan sənətçinin həyatını xilas etməyin mümkün olmadığını bildirib. Sənətçinin cənazəsi bu gecə xüsusi təyyarə ilə Bodrumdan İstanbula gətirilib. İstanbul hava limanında sənətçi ilə qısa vida mərasimi keçirilib, daha sonra cənazə Barış Akarsunun doğulduğu Amasyaya göndərilib. Sənətçinin cənazəsi bu gün torpağa tapşırılacaq. Qeyd edək ki, Barış Akarsu Türkiyə telekanallarında keçirilən “Akademi Türkiyə” musiqi müsabiqəsinin qalibi kimi şöhrət tapıb. O, “Star” telekanalı ilə yayımlanan “Yalançı yarım” adlı serialda baş rolu ifa edirdi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR