Azərbaycan Rəssamlıq Akademiyasının iki tələbəsi Almaniya Rəssamlıq Akademiyasında təhsil alacaq

Azərbaycan Rəssamlıq Akademiyasının iki tələbəsi Almaniya Rəssamlıq Akademiyasında təhsil alacaq
# 30 iyul 2007 14:21 (UTC +04:00)
Bu ildən etibarən Azərbaycan Rəssamlıq Akademiyasının iki tələbəsi Almaniya Rəssamlıq Akademiyasında təhsil alacaq. Bu barədə APA-ya akademiyanın rektoru, heykəltəraş Ömər Eldarov deyib. Onun sözlərinə görə, yeni tədris ilində akademiyanın Türkiyə və Rusiya ilə tələbə mübadiləsi də nəzərdə tutulub. Bu ilin dekabrında 80 illik yubileyinin qeyd olunacağını nəzərə çatdıran Ö. Eldarov mərasimin rəhbərlik etdiyi akademiyada keçiriləcəyini deyib. O bildirib ki, yubiley mərasiminə hazırlıq işləri oktyabrda başlanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR