Azərbaycan aşıq sənətinə aid 50 səs yazısı xüsusi proqram əsasında bərpa ediləcək

Azərbaycan aşıq sənətinə aid 50 səs yazısı xüsusi proqram əsasında bərpa ediləcək
# 02 avqust 2007 13:23 (UTC +04:00)
ABŞ mütəxəssisləri ilə birgə Azərbaycan aşıq sənətinə aid 50 səs yazısı seçilərək köçürüləcək və xüsusi proqram əsasında bərpa ediləcək. Bu barədə APA-ya Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətov məlumat verib. Onun dediyinə görə, Azərbaycan aşıq sənətinin nümunələri “Arxivlər təhlükədə” layihəsinə əsasən bərpa olunacaq. Bu layihə Böyük Britaniyanın Kral Kitabxanasının maliyyə vəsaiti hesabına gerçəkləşəcək. Bu məqsədlə xüsusi yeni avadanlıqların alınması nəzərdə tutulub. Layihə 2008-ci ilin ilk üç ayı ərzində həyata keçiriləcək. Hazırda Səs Yazıları Arxivində aşıq sənətinə dair 1930-2007-ci illərə aid 1700 səs mühafizə olunur. Yaqub Mədətovun bildirdiyinə görə, gələcəkdə Səs Yazıları Arxivinin nəzdində Azərbaycanın aşıq yaradıcılığına aid ayrıca bir mərkəzin yaradılması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR