Niyazinin 95 illik yubileyi dövlət səviyyəsində qeyd olunmayacaq

Niyazinin 95 illik yubileyi dövlət səviyyəsində qeyd olunmayacaq
# 03 avqust 2007 12:19 (UTC +04:00)
Avqustun 17-də dirijor Niyazinin 95-ci doğum günü tamam olacaq. Niyazinin Ev Muzeyinin direktoru Rza Bayramoiv APA-ya deyib ki, bununla bağlı muzeydə tədbir keçiriləcək. Həmin gün muzeydə açıq qapı günü elan olunacağını deyən R.Bayramov tədbirdə Niyazinin əsərlərinin ifa olunacağını vurğulayıb. Tədbirdə Bakı Musiqi Akademiaysının dossenti Ülviyyə Hacıbəyovanın ifasında “Arzu” romansı, Həsən Enaminin ifasında “Vətən nəğməsi” kompazisiyası səsləndiriləcək. Muzey ekzpozisiyası və xüxusilə yubiley üçün hazırlanmış foto sərgi nümayiş etdiriləcək. R.Bayramov onu da deyib ki, yubileyin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmayıb: “Ço güman ki, Niyazinin 95 illik yubileyi dövlət səviyyəsində qeyd olunmayacaq. Biz 100 illik yubileyin dövlət səviyyəsində keçiriləcəyini gözləyirik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR