Azərbaycanlı bəstəkarın əsəri Vyanada işıq üzü görmüş CD alboma daxil edilib

Azərbaycanlı bəstəkarın əsəri Vyanada işıq üzü görmüş CD alboma daxil edilib
# 03 may 2021 17:18 (UTC +04:00)

Bəstəkar Ayaz Qəmbərlinin “Mirage” (İlğım) adlı əsəri dünyaca məşhur bəstəkarların əsərləri ilə birgə Vyana Musiqi və İfaçılıq Mədəniyyəti Universiteti tərəfindən hazırlanan CD alboma daxil edilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, adıçəkilən CD kommersiya məqsədi daşımır. Albomun məqsədi dünya xalqlarının musiqisini bir-birinə tanıtmaqdır. 

Bəstəkarın “Mirage” (İlğım) adlı əsəri 2019-cu ildə Avstriyanın Vyana şəhərində keçirilən bəstəkarların Mauricio Kagel beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.

Qeyd edək ki, Ayaz Qəmbərli Jazeps Vitols Latviya Musiqi Akademiyasının məzunu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Prezident mükafatçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR