Ağdamda Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirilib 

Ağdamda Beynəlxalq Musiqi Festivalı

© APA | Ağdamda Beynəlxalq Musiqi Festivalı

# 23 sentyabr 2021 15:53 (UTC +04:00)

Ağdamda Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Ağdam Muğam Mərkəzində keçirilən tədbirin açılış hissəsində çıxış edənlər Azərbaycanın milli operasının banisi, dahi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycan incəsənətinə verdiyi töhfələrdən geniş söhbət açıblar.

Rayon ictimaiyyətinin və yerli musiqisevərlərin də iştirak etdiyi musiqi festivalında Fikrət Əmirov adına Xalq Çalğı və Rəqs Ansamblının ifasında musiqi əsərləri ifa edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə başlanan festivalın bağlanış mərasimi sentyabrın 24-də keçiriləcək.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR