Bəstəkar Franko Battiato vəfat edib 

Franko Battiato

© APA | Franko Battiato

# 18 may 2021 12:13 (UTC +04:00)

İtaliya bəstəkarı, musiqiçisi və rejissoru Franko Battiato vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə 76 yaşlı musiqiçinin ailəsi bildirib.

O, uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Musiqiçi Sisiliyadakı evində vəfat edib.

F.Battiato uzun karyerası boyu müxtəlif janrlara müraciət edib. 1984-cü ildə müğənni Aliçe ilə birgə İtaliyanı “Avroviziya” yarışında təmsil edərək, beşinci yeri qazanıb. 2000-ci illərdə üç film ekranlaşdırıb, daha sonra rəssamlıqla məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR