Beynəlxalq Balet Festivalı Fikrət Əmirovun "1001 gecə" əsəri ilə açılıb

“Min bir gecə” baleti

© APA | “Min bir gecə” baleti

# 18 may 2021 15:56 (UTC +04:00)

Tatarıstanın Kazan şəhərində keçirilən Rudolf Nureyev adına XXXIV Beynəlxalq Balet Festivalı görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti ilə açıq elan olunub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Mariinski Teatrının Primorsk səhnəsinin baş baletmeysteri, Rusiyanın Əməkdar incəsənət xadimi, həmyerlimiz Eldar Əliyevin quruluş verdiyi tamaşanın musiqi rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyev olub.

Tamaşada Azərbaycan milli aləti olan tar, eləcə də milli zərb alətlərimizdən istifadə edilib.

Qeyd edək ki, Rudolf Nureyev XXXIV Beynəlxalq Balet Festivalı 2021-ci il iyunun 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR