Canəli Əkbərovun vəziyyəti ağırdır

Canəli Əkbərov

© APA | Canəli Əkbərov

# 21 oktyabr 2021 12:59 (UTC +04:00)

Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

Bu barədə APA-ya xanəndənin qızı Təranə Əkbərova məlumat verib.

O bildirib ki, C.Əkbərov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.

Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR