Səyyad Əlizadə EKMO cihazına qoşulub, vəziyyəti ağırdır

Səyyad Əlizadə EKMO cihazına qoşulub, vəziyyəti ağırdır
# 17 sentyabr 2021 10:46 (UTC +04:00)

"Həkimlər Səyyad Əlizadənin səhhətini ağır qiymətləndirirlər".

Bunu APA-ya açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə bu səhər EKMO cihazına qoşulub: “Onun ağciyərlərində 70 faiz buzlu şüşə aşkarlanıb. Lakin həkimlər əllərindən gələni edəcəklərini deyiblər”.

Qeyd edək ki, müğənni S.Əlizadə bir müddət öncə koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR