"Tarzan" filminin aktrisası Jin Heyl vəfat edib

Jin Heyl

© APA | Jin Heyl

# 28 sentyabr 2021 12:23 (UTC +04:00)

Amerikalı aktrisa və ssenarist Jin Heyl 82 yaşında Santa Monikada vəfat edib.

APA "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə aktrisanın qohumları bildirib.

Jin Heyl 1938 -ci ildə Solt-Leyk-Citidə anadan olub. İlk dəfə 1960-cı illərdə ekranlara çıxıb. "Vəhşi Vəhşi Qərb" (1965), "Batman" (1966), "Tarzan" (1966) və "Şükran Günü" (1990) kimi filmlərdəki rolları ilə tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR