Yaqub Zurufçunun harada dəfn olunacağı məlum olub

Yaqub Zurufçu

© APA | Yaqub Zurufçu

# 15 sentyabr 2021 10:55 (UTC +04:00)

Əməkdar artist Yaqub Zurufçu bugun saat 13:00-da “Qurd Qapısı” qəbiristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin yanında dəfn olunacaq.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Y.Zurufçu dünən vəfat edib.

O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR