2025-ci ilə qədər Bakıda ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulub - YENİLƏNİB

2025-ci ilə qədər Bakıda ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulub - YENİLƏNİB
# 28 aprel 2021 13:56 (UTC +04:00)

Bakının Baş Planı təsdiq olunmaq ərəfəsindədir.

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakının Baş Planında digər ictimai nəqliyyat infrastrukturu da yer tutub: "Velosiped yolları da bura daxildir, bu, yüngül tramvaylar da ola bilər, digər istiqamətlər də. Bu istiqamətdə araşdırmalar tam yekunlaşmadığına görə, hazırda tam ətraflı cavab verə bilmirəm. Amma Bakının Baş Planında bu məsələ öz əksini tapıb".

***

11:16

“Bu gün əsasən iki ictimai nəqliyyat var, metro və avtobus. 2025-ci ilə qədər qarşıya qoyulan hədəflərdə ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il pandemiya ilə əlaqədar metro fəaliyyət göstərməyib, əsasən avtobuslardan istifadə olunub: “Ümumilikdə 5 il ərzində avtobusların 46%-i yenilənib. Bu il də tender keçirilib, bu il və gələn il ümumilikdə 320 avtobusun gətirilməsi nəzərdə tutulub. Bunların bəziləri 9, bəziləri 18 metrlikdir, əsasən Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərəcək. Son 5 ildə 1 680 avtobus da təmir olunub. Ümumilikdə gündəlik avtobuslarla 2,2 mln. insan daşınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR