"Azerizone" "Virtual ATS" xidməti çərçivəsində yeni kampaniyaya start verib ®

"Azerizone" "Virtual ATS" xidməti çərçivəsində yeni kampaniyaya start verib ®
# 20 avqust 2020 17:56 (UTC +04:00)

Azərbaycanın İKT sahəsində innovativ həllərlə daim fərqlənən "Azerizone" şirkətinin "Virtual ATS" xidmətindən yararlanan müştərilər cari ilin 20 avqust – 10 dekabr tarixləri arasında "088" prefiksli "Toll-Free" nömrələrin əldə etdikdə 50% endirim qazanacaqlar.

Şirkətdən "APA-Economics"ə veriləm məlumata görə, "Virtualats.az" bulud texnologiyaları vasitəsilə kiçik və orta həcmli şirkətlərə İP telefoniya imkanlarından yararlanmaq üçün proqram təminatı təqdim edir. Bu xidmət vasitəsilə cüzi xərclə müasir telefoniya şəbəkəsi quraraq, daxili və xarici kommunikasiyaları rahat idarə etmək və keyfiyyətini artırmaq mümkündür. Xidmət çərçivəsində şirkətlər İP telefoniya texnologiyasının bütün imkanlarından (IVR, ağıllı menyu, danışıqların qeydə alınması, növbə sistemi, kənar proqram təminatları ilə inteqrasiya və s.) istifadə etmək imkanı əldə edir.

Qeyd edək ki, 2017-ci ildən "Azerizone" MMC tərəfindən ilk təqdim edilən xidmət hazırda 100-dən çox şirkətin zənglərinin idarə edilməsində istifadə edilir. "Azerizone" şirkəti sistem inteqrasiyası, informasiya texnologiyalarına aid avadanlıqların təchizatı, hostinq, proqram təminatının hazırlanması sahəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR