Azərbaycan bu il dəmir yolu ilə konteyner daşımalarını kəskin artırmaq niyyətindədir

Azərbaycan bu il dəmir yolu ilə konteyner daşımalarını kəskin artırmaq niyyətindədir
# 11 mart 2020 11:41 (UTC +04:00)

Bu il Azərbaycanın dəmir yolları ilə 75-80 min konteynerin (20 futluq konteyner ifadəsində) daşınacağı proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə “Caspian European Club”ın Bakıda təşkil etdiyi Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində "ADY-Konteyner" MMC-nin biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ötən il dəmir yolları ilə 45 081 konteyner (20 futluq konteyner ifadəsində) daşınıb ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 56% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR