Azərbaycanda "Elmi kadrlar" milli informasiya sistemi istifadəyə verilir

Azərbaycanda "Elmi kadrlar" milli informasiya sistemi istifadəyə verilir
# 28 yanvar 2020 15:15 (UTC +04:00)

AMEA İnformasiya Texnologiyaları İnstitutu "Elmi kadrlar" milli informasiya sistemini (elmikadr.science.az) təqdim etdi.

İnstitutdan "APA-Economics"ə verilən məlumata görə, pilot olaraq institutda tətbiq olunan sistem, AMEA üzrə elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında məlumatların yer aldığı mühüm baza olacaq.

Hazırda sistemin AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinə təhvil verilməsi istiqamətində sənədləşdirmə işləri aparılır.

Sistemdə şəxsi məlumatlar, elmi əsərlər, kitablar, monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri, elmi ekspertiza fəaliyyəti, patentlər və ixtiralar, qrant layihələrində iştirak, eləcə də kadr hazırlığı, respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında təmsil olunma, əlaqə məlumatları bölmələrindən ibarətdir.

Elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir. Sistem, həmçinin elmmetrik və analitik qiymətləndirmələrin aparılması, müxtəlif kombinasiyalı sorğular əsasında hesabatların əldə olunması və elektron hesabat formalarının hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR