Azərbaycanda POS-terminal və bankomatların sayı artıb

Azərbaycanda POS-terminal və bankomatların sayı artıb
# 24 aprel 2021 11:27 (UTC +04:00)

Azərbaycanda POS-terminalların sayı mart ayı ərzində 529 vahid və ya 0,9% azalaraq aprelin 1-nə 58 184 ədəd təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 1 064 vahid və ya 1,9% artıb.

Məlumata əsasən, POS-terminalların 38 421 ədədi və ya 66%-i Bakıda, 19 763 ədədi və ya 34%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı mart ərzində 16 ədəd və ya 0,6%, ilin əvvəlindən isə 48 ədəd və ya 1,8% artıb. Bankomatların 1 451 ədədi və ya 52,5%-i Bakıda, 1 312 ədədi və ya 47,5%- isə regionlarda quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR