Azərbaycanda bu il minə yaxın rabitə avadanlığı yoxlanılıb

#
# 09:22
20 aprel 2021

Bu ilin I rübündə Azərbaycan üzrə 915 adda rabitə avadanlığına uyğunluq sertifikatı verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, qurumun sertifikatlaşdırma departamenti tərəfindən hesabat dövründə telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə 224 müraciətə baxılıb.

Rabitə vasitələrinin sertifikatlaşdırılması ölkədə satışı və istismarı həyata keçirilən rabitə vasitələrinin respublikanın qarşılıqlı telekommunikasiya şəbəkəsinin və beynəlxalq standartların tələblərinə uyğunluğunu təsdiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR