Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımalar ötən ay 72% artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımalar ötən ay 72% artıb
# 18 fevral 2020 16:20 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,2 mln. ton yük və 406 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə dəmir yolu ilə yük daşınmasında 0,8% azalma, sərnişin daşınmasında isə 72% artım müşahidə olunub.

Məlumata əsasən, orta hesabla sutkada 358 vaqon yüklənilib, 318 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,4 min ton, Qərb istiqaməti üzrə 3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR