Azərbaycanda poçtalyonların fəaliyyətinə nəzarət edəcək mobil əlavə istifadəyə veriləcək

#
# 12:58
29 noyabr 2019

Azərbaycanın poçt rabitə operatoru “Azərpoçt” MMC “Postman” adlı mobil əlavəsini təqdim edəcək.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, texnoloji həll 3-6 dekabr tarixlərində keçiriləcək “Bakutel-2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində  “Azərpoçt”un stendində nümayiş olunacaq. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR