Azərbaycanda startapların biznes modeli araşdırılıb

#
# 10:18
2 aprel 2020

İnnovasiyalar Agentliyinə müraciət edən startapların biznes modellərinin təhlili aparılıb.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, aparılan araşdırmalara görə ortalama hesabla müraciət edən hər 100 startapdan 44,3%-i B2B (business-to-business), 43,9%-i B2C (business-to-consumer), 16,5%-i B2G (business-to-government) və 1,2%-i C2C (consumer-to-consumer) biznes modelinə aiddir.

Biznes modelindən asılı olmayaraq startaplar Agentliyin bazasından onlayn qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçdikdən sonra startapçılar təqdim etdikləri layihənin kateqoriyasını öyrənib, ona uyğun dəstək əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR