Azərbaycanın 19 təhsil müəssisəsi elm kompüter şəbəkəsinə qoşulub

Azərbaycanın 19 təhsil müəssisəsi elm kompüter şəbəkəsinə qoşulub
# 15 yanvar 2020 17:01 (UTC +04:00)

Azərbaycanın 19 təhsil müəssisəsi AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm kompüter şəbəkəsinin və DATA-mərkəzin xidmətlərindən yararlanmaq imkanını əldə edib.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, Təhsil Nazirliyinin “AzEduNet” şəbəkəsinə təklif olunan 1 Gbit/s internet trafikdən 700 Mbit/s sürətin “AzEduNet” şəbəkəsinə təqdim olunur. Ümumilikdə, təklif olunan 1Gbit/s trafikin 80%-ə qədəri səmərəli istifadə olunur.

İnternet sürətinin 3Gbit/s, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması istiqamətində işlər aparılır. Bu məqsədlə 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilib. İnternet trafikinin 3 Gbit/s çatdırılması “AzEduNet” şəbəkəsinə təqdim olunan sürətin artırılmasına imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR