Bakı metrosu sentyabrın 15-dək işləməyəcək

Bakı metrosu sentyabrın 15-dək işləməyəcək
# 29 avqust 2020 13:19 (UTC +04:00)

Bakı metrosu sentyabrın 15-dək işləməyəcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarında əksini tapıb.

Qərara əsasən, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı bənddə “31 avqust” sözləri “15 sentyabr” sözləri ilə əvəz edilib. Başqa sözlə, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 15 sentyabr saat 06:00-dək dayandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR