Bakıda "EU4Digital" layihəsi çərçivəsində 2020-2021-ci illərdə həyata keçiriləcək tədbirlər müzakirə olunub

Bakıda "EU4Digital" layihəsi çərçivəsində 2020-2021-ci illərdə həyata keçiriləcək tədbirlər müzakirə olunub
# 26 dekabr 2019 16:10 (UTC +04:00)

Bu gün Bakıda Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EaP) proqramı çərçivəsində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsünün EU4Digital layihəsinin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə HDM təşəbbüsü çərçivəsində yaradılan 6 istiqamət – “İKT İnnovasiyaları və startap ekosistemi”, “Telekom qaydaları”, “E-trade (e-kommersiya, e-loqistilka, e-gömrük)”, “E-səhiyyə”, “E-İnam və təhlükəizlik” və “E-Bacarıqlar” istiqmaətləri üzrə EU4Digital layihəsi çərçivəsində ölkəmizdə görülən işlər və 2020-2021-ci illərdə həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.

İstiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər, aidiyyəti dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri proqramın mahiyyəti barədə danışıblar.

Nazirliyin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri, HDM-in “İKT innovasiya və startap ekosistemi” üzrə ölkə koordinatoru Rəşad Əzizov bu istiqamət üzrə görülmüş işlər, bu işlərin ölkədə aparılan innovasiya siyasəti ilə əlaqəsindən danışıb. O, qeyd edib ki, bu istiqamət üzrə kontakt şəbəkəsi formalaşdırılıb və innovasiya subyektlərinin nümayəndələri daxil edilib. O, həmçinin 2020-2021-ci illərdə ölkədə innovasiya istiqaməti üzrə həyata keçiriləcək layihələr barədə məlumat verərək, innovasiya ekosisteminin formalaşdırılmasının sürətləndirilməsinin vacibliyini qeyd edib.

“EU4Digital” layihəsinin Azərbaycan üzrə ölkə nümayəndəsi, “Ernst &Young” şirkətinin məsləhətlər xidmətlər üzrə meneceri Anar Cəfərzadə çıxışında layihənin əhəmiyyətindən danışıb, gələcək strateji addımların effektiv yerinə yetirilməsinin vacibliyi vurğulayıb.

Daha sonra İstiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər “Telekom qaydaları”, “e-Ticarət”, “Rəqəmsal Nəqliyyat Dəhlizlər”, “e-Səhiyyə”, “Etimad və Təhlükəsizlik”, “Kibertəhlüksizlik”, “e-Bacarıqlar” məsul olduqları istiqamətlər barədə iştirakçılara ətraflı məlumatlar veriblər.

Azərbaycanda bu sahələr üzrə əldə olunan nailiyyətlər və görüləcək işlər müzakirə edilib, rəqəmsal sahənin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətlərinə dair çıxışlar və müzakirələrlə davam edib.

Qeyd edək ki, “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsündə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir və Azərbaycan İKT innovasiya və startap ekosistemi” istiqaməti və “e-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR