Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək
# 24 avqust 2020 13:51 (UTC +04:00)

Bakı şəhərinin bir neçə rayonunda istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər növbəti səyyar sənəd qəbulu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, səyyar sənəd qəbulu avqustun 26-da Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 23A ünvanında, avqustun 28-də isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 2595 məhəllə ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 10 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR